İcarə üçün anbarlar

İstehsaldan əlavə olaraq, anbarlar və müxtəlif təyinatlı sahələr icarəyə verilir.

Şirkətimiz 2022-ci ildən etibarən balansında olan 15048 kvadrat metr ölçüsündə daşınmaz əmlakın icarəyə verilməsi ilə də məşğul olmağa başlamışdır. Bu daşınmaz əmlaka bütün kommunal xidmətlərlə tam təchiz olunmuş 11 anbar və müxtəlif təyinatlar üçün istifadə olunabilən əlavə sahələr daxildir. Anbar sahəsi 7/24 mühafizə olunur və hər bir anbar ayrıca bütün kommunal xəttlər ilə təmin olunmuşdur. 

Həmçinin, yük maşınlarının hərəkəti və saxlancı üçün geniş həyətyanı sahəsi olmaqla yanaşı bütün anbarların daxilinə tırların daxil olması üçün böyük qapısı vardır. Ərazidən beynəlxalq və strateji yollara rahat şəkildə giriş-çıxış mövcud olması səbəbindən istənilən sahədə fəaliyyət göstərmək üçün anbarların icarəsi optimal seçim hesab edilir.